Türkiyədə Ramazan ayından əvvəl istehsalçılar və satıcılar tərəfindən toyuq qiymətlərinin təxminən 15% artmasından sonra Ticarət Nazirliyi sabahdan etibarən toyuq ixracının dayandırılacağını açıqlayıb.
“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, qərar daxili bazarda təklifi artırmaq və qiymət artımlarını məhdudlaşdırmaq üçün verilib.
Bəyanatda qeyd olunub ki, bazardakı inkişaflar yaxından izləniləcək və zəruri hallarda əlavə tədbirlər görülə bilər.
Məhərrəm Ağalaroğlu, “İki sahil”