Misli Premyer Liqasının 19-cu turunda "Zirə" "Sumqayıt"ın qonağı olub
“İki sahil” yazır ki, 24-cü dəqiqədə Davit Volkov hesabı açsa da 26-cı dəqiqədə Nikola Ninkoviç bərabərlik qolunu vurub.
36-cı dəqiqədə isə Qismət Alıyev yenidən bakılıları hesabda önə çıxarıb. 50-ci dəqiqədə Aleksandr Ramalinqom yenidən hesabı bərabərləşdirib – 2-2. 88-ci dəqiqədə isə Giorgi Papunaşvili üçüncü dəfə “Zirə”ni hesabda önə çıxarıb.
Misli Premyer Liqası,
19-cu
8 fevral
18:30. "Sumqayıt" 2-3 "Zirə"
Qollar: Davit Volkov, 24 (0-1), Nikola Ninkoviç, 26 (1-1), Qismət Alıyev, 36 (1-2), Aleksandr Ramalinqom, 50 (2:2), Giorgi Papunaşvili, 88 (2:3)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Alik Yunusov
VAR: Rauf Cabarov
AVAR: Kamran Əliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”