08 fevral 2026 21:15
124

Cüdoçularımız "Böyük Dəbilqə" turnirini 3 medalla başa vurublar

Azərbaycan cüdoçusu Zelim Tçkayev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.

“İki sahil” xəbər verir ki, 81 kiloqram çəkidə çıxış edən idmançı finalda yaponiyalı Yuhei Onoya uduzub.

Bu gün mübarizəyə başlayan digər cüdoçularımız rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıblar.

Bununla da Azərbaycan millisi “Böyük Dəbilqə"ni 3 medalla başa vurub.

Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kiloqram) qızıl, Ruslan Paşayev (66 kiloqram) isə bürünc mükafata sahib çıxıb.