08 fevral 2026 22:36
129

Norveçli idmançı İtaliyada olimpiya rekordunu yeniləyib

Norveçli sürətli konkisürən Sander Eitrem İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarında rekorda imza atıb.

“İki sahil” xəbər verir ki, idmançı 5000 metr məsafəni 6:03.95 saniyəyə qət edərək medal qazanıb.

O, çexiyalı rəqibi Metodey Jileki (6:06.48) geridə qoymağı bacarıb.

Yarışın hər iki idmançısı isveçli Nils van der Pula məxsus olan əvvəlki olimpiya rekordunu (6:08.84) yeniləyib. Yeni olimpiya rekordunun sahibi isə məhz norveçli Sander Eitrem olub.

Qeyd edək ki, bu məsafə üzrə dünya rekordu (5:58.52) da norveçli idmançıya məxsusdur.