Pxuket sahillərində 14-ü təhlükəli maddə olmaqla 290 konteyner daşıyan gəmi batıb.
“İki sahil” xəbər verir ki, bu barədə Pxuket əyalət administrasiyasının informasiya mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, Panama bayrağı altında üzən 4 339 tonluq "Sealloyd Arc" gəmisi Ko Keo Noy adası yaxınlığında batıb.
Təhlükəli maddələrin olduğu konteynerlərin əksəriyyəti gəmi ilə birlikdə batıb, bəziləri isə hələ də fəlakət zonasında üzür.