09 fevral 2026 10:45
116

İran səmasında uçuş xəbərdarlığı elan edildi

İranda İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Semnan əyalətinin bir hissəsində NOTAM (uçuş xəbərdarlığı) elan edib.

“İki sahil” xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumatda bunun ballistik raket sınaqları ilə bağlı olduğu bildirilib.

Bölgədə hava nəqliyyatı üçün xüsusi təhlükəsizlik tədbirləri görülüb.