“İki sahil” xəbər verir ki, stolüstü tennisçi Onur Quluzadə "WTT Youth Star Contender Tunis 2026" yarışında uğurla çıxış edib. U 15 yaş dərəcəsində mübarizə aparan istedadlı idmançının qoşa yarışlarda baş mükafata layiq görülduyünü xəbər vermişdik. Bununla kifayətlənməyən seçmə komandamızın üzvü, şəxsi mübarizədə də etimadı doğruldub. Finaladək bütün rəqiblərini üstələyən Onur, yalnız finalda ispaniyalı Ladimir Mayorova uduzaraq ikinci yeri tutub. Beləliklə, Onur Quluzadə ilin ilk sınağını iki mükafatla başa vurub.
Milli Paralimpiya Komitəsinin 30 illik yubiley münasibətilə hazırlanan loqoları təqdim olunub
Elxan Məmmədov: "Azərbaycan millisinin "Böyük Dəbilqə"də ikinci olması uğurlu nəticədir"
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatına daha iki komanda vəsiqə qazanıb