09 fevral 2026 17:19
304

Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti İrəvandadır

ABŞ vitse-prezidenti Cey Di Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti İrəvana gedib.

“İki sahil” xəbər verir ki, bu barədə nümayəndə heyətinin tərkibinə daxil olan ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq sosial şəbəkələrdə məlumat verib.

O, Ermənistanın paytaxtındakı hava limanından foto paylaşıb: "Növbəti dayanacaq: İrəvan, Ermənistan".

Daha əvvəl məlumat verilmişdi ki, Vens bu axşam Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək və danışıqların yekununda onlar mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.