09 fevral 2026 20:27
162

MPL: “Turan Tovuz” “Karvan-Yevlax”a qalib gəldi

Misli Premyer Liqasının 19-cu turunda “Turan Tovuz” Suraxanıda “Karvan-Yevlax”ı sınağa çəkib.

İki sahil” yazır ki, yarışda yeganə qolu 15-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Alexandro Serrano vurub.

Bununla da “Turan Tovuz” “Karvan-Yevlax” üzərində qələbəni təmin edib.

Misli Premyer Liqası,

19-cu tur

9 fevral

18:30. "Turan Tovuz" 1-0 "Karvan-Yevlax"

Qol: Alexandro Serrano ,15-pen.

Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov

VAR: Nicat İsmayıllı

AVAR: Pərvin Talıbov

"Azersun Arena"

Məhərrəm Ağalaroğlu, “İki sahil”