09 fevral 2026 20:51
110

Vens: Tərəfdaşlarımız TRIPP layihəsinin çox məhsuldar investisiya imkanı olduğunu düşünürlər

TRIPP layihəsi ilə maraqlanan bölgədəki, eləcə də dünyanın hər yerindəki bir sıra tərəfdaşlarla danışdığımız zaman onlar bunun çox məhsuldar investisiya imkanı olduğunu düşünürlər.

“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ermənistanda mətbuat konfransı zamanı deyib. O bildirib ki, işlərin daha da sürətlə getməsi üçün kifayət qədər vaxt sərf edilib.

“ABŞ bu işdə çox müsbət və konstruktiv rol oynayacaq, amma düşünmürəm ki, məsələ maliyyədədir. Düşünürəm ki, bu konkret layihəyə, əslində, çoxlu sayda kapital marağı var”, - deyə o əlavə edib.