Azərbaycanın qeyri-neft və qaz sənayesi demək olar ki, 8 % artıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
"Yeri gəlmişkən, iqtisadiyyatı şaxələndirmək bizim qarşımıza qoyduğumuz hədəflərdən biridir. Biz yaxşı nəticələr görürük. Mən indicə bu ilin yanvarının statistikasına baxdım, bizim qeyri-neft və qaz sənayemiz demək olar ki, 8 % artıb. Bu, həmin şaxələndirmə sayəsində mümkün olub. Beləliklə, ənənəvi enerji mənbələri ilə bağlı müqavilələr və əməkdaşlıq bizə vəsait toplamaq və yenidən investisiya yatırmaq imkanı verir", - dövlət başçısı qeyd edib.
Prezident: Üzərində işlədiyimiz layihələrdən biri "Tramp Marşrutu" vasitəsilə ötürücü xəttlərin çəkilməsidir
Prezident İlham Əliyev: 2032-ci ilə qədər əlavə 7-8 giqavat Günəş və külək enerjisinə sahib olacağıq
Prezident: Ermənistan ərazisindən keçəcək və sonra Orta Dəhlizin daha bir davamına çevriləcək yeni dəmir yolu tikilir
Prezident İlham Əliyev: Azərbaycanla bp arasında 30 ildən çox müddətdə heç bir narazılıq və ya hüquqi məsələ olmayıb