ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistana 11 milyon dollar dəyərində müşahidə pilotsuz uçuş aparatılarının (PUA) satışı barədə yeni müdafiə sazişini elan edib.
“İki sahil” xəbər verir ki, Vens bu barədə İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı bildirib.
"Biz ilk dəfə olaraq böyük hərbi texnologiya satışını elan edirik: müşahidə dronları texnologiyalarına 11 milyon dollar", - o deyib.
Vens qeyd edib ki, bu dronlar Ermənistanın təhlükəsizliyi üçün istifadə olunacaq. ABŞ üçün isə bu həm də yeni iş yerləri və müdafiə texnologiyaları sektoruna investisiyalar deməkdir.
Paşinyan vurğulayıb ki, Ermənistan və ABŞ arasında hərbi və müdafiə əməkdaşlığı sahəsində mühüm irəliləyiş əldə olunub.
"Bu, müdafiəmizi gücləndirməyə mühüm töhfə verəcək. Ümid edirəm ki, ABŞ-ın xarici dövlətlərə hərbi texnika satışı proqramı çərçivəsində reallaşdırılan bu saziş gələcək əməkdaşlığımızın genişləndirilməsi üçün möhkəm əsas olacaq", - o qeyd edib.
BMT-nin qaçqınlar üzrə yeni Ali komissarı: Humanitar yardımlar həyatları xilas edir
Tokayev: "Qazaxıstan superprezident idarəetmə forması ilə birdəfəlik vidalaşır"