09 fevral 2026 23:35
101

Ukraynada "Mi-24" helikopteri döyüş tapşırığından geri qayıtmayıb

Ukrayna Silahlı Qüvvələrinə aid "Mi-24" helikopteri döyüş tapşırığından geri qayıtmayıb, ekipaj üzvləri həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Xerson" 11-ci əlahiddə ordu aviasiyası briqadası "Facebook" sosial şəbəkəsində məlumat yayıb.

"Təəssüf hissi ilə itki barədə bildiririk. Silahdaşlarımız - "Mi-24" helikopterinin heyəti döyüş tapşırığından qayıtmayıb. Onlar əsl vətənpərvər, ləyaqətli insanlar və nümunəvi zabitlər idilər", - briqadanın məlumatında bildirilib.