10 fevral 2026 02:02
97

Fransada gənclər arasında zorakılıq artıb - Nazir deyib

Fransada gənclər arasında zorakılıq səviyyəsinin artması müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Loran Nunyes "BFMTV" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, zorakılıq getdikcə daha çox adi səbəblərdən gənclər arasındakı münasibətlərə sirayət edir.

"Soyuq silahdan istifadə halları getdikcə artır", - nazir qeyd edib.

O bildirib ki, 2025-ci ilin martından dekabrına qədər 525 şagirddə bıçaq aşkar edilib. Yoxlamalar birbaşa məktəblərdə və ya onların yaxınlığında həyata keçirilib.

Nunyes hakimiyyət tərəfindən buna "sərt reaksiya verilməsinin vacibliyini" bəyan edib. O əmin edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları soyuq silah daşınmasını yoxlamaq məqsədilə təhsil müəssisələrində və onların ətrafında hər ay 1,5 min şagird üzərində yoxlamaları davam etdirəcəklər.