İngiltərənin "Mançester Yunayted" klubu İspaniya təmsilçisi "Real"da çıxış edən Eder Militaonu heyətinə qatmaq üçün təklif hazırlayır.
“İki sahil” xəbər verir ki, "qırmızı şeytanlar" 28 yaşlı müdafiəçi üçün 40 milyon avro ödəməyə hazırdır.
Mançester komandası gələn mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazansa, heyəti gücləndirmək üçün 250 milyon avro xərcləmək niyyətindədir.
Xatırladaq ki, Militaonun "Real"la müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.