10 fevral 2026 13:42
113

Lamiyə Vəliyeva yeni ölkə rekordu müəyyənləşdirib

Azərbaycan atleti Lamiyə Vəliyeva yeni ölkə rekordu müəyyənləşdirib.

“İki sahil” xəbər verir ki, idmançı buna qapalı məkanda keçirilən 42-ci Azərbaycan çempionatında nail olub.

O, böyüklər arasında 200 metr məsafəyə qaçışda 24.64 saniyə nəticə göstərib.