Norveçli xizəkçi Yohannes Klebo yeddinci dəfə Olimpiya çempionu adına layiq görülüb.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, o, fevralın 10-da Klebo klassik üslubda sprint məsafəsində qələbə qazanıb. O, 3 dəqiqə 39,7 saniyə nəticə göstərərək ikinci yeri tutan ABŞ təmsilçisi Ben Oqdeni 0,9 saniyə fərqlə qabaqlayıb.

Finiş xəttində norveçli idmançı özünü olduqca rahat aparıb. Rəqiblərindən xeyli öndə olduğunu görən Klebo tribunadakı azarkeşlərə əl yelləyib və bununla da əsas rəqibinə fərqi bir qədər azaltmağa imkan verib. Üçüncü nəticə isə 6,8 saniyə geri qalan Oskar Opstad Vike-yə məxsus olub.
Qeyd edək ki, bu qızıl medal Yohannes Klebo üçün Milan Olimpiya Oyunlarında ikinci olub.
Xatırladaq ki, Klebo bundan əvvəl İtaliyada yerləşən Olimpiya kəndində internetin keyfiyyətini tənqid etmişdi.