11 fevral 2026 10:20
135

XXV Qış Olimpiya Oyunları

İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün növbəti yarışlar keçiriləcək.

“İki sahil” xəbər verir ki, dağ xizəyi, biatlon, körlinq, fiqurlu konkisürmə, sərbəst üslubda xizəksürmə, hokkey, kirşə, xizək ikinövçülüyü, skeleton, snoubord və sürətli konkisürmə üzrə mübarizə baş tutacaq.

Azərbaycan təmsilçisi Anastasiya Papatoma fevlanın 15-də nəhəng slalom, 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-dAmpetsoda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63,63 xalla 29 idmançının mübarizəsində sonuncu yeri tutub və mübarizəni dayandırıb.

XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.