11 fevral 2026 10:23
118

Türkiyə və Pakistan XİN başçıları regional məsələləri müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi "X" rəsmi sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, tərəflər regional və beynəlxalq mövzularla bağlı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

XİN başçıları həmçinin sıx əlaqə və koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.