11 fevral 2026 10:27
113

Kanadanın Baş naziri ölkəsində yaşanan faciə səbəbindən səfərini təxirə salıb

Kanadanın Baş naziri Mark Karni Tambler-Ricdəki məktəbdə baş verən atışma səbəbindən Münxenə səfərini təxirə salıb.

“İki sahil” xəbər verir ki, bu barədə AFP agentliyi Baş nazirin dəftərxanasının bəyanatına istinadən məlumat yayıb.

"Tambler-Ric, Britaniya Kolumbiyasından gələn faciəli xəbərlərlə əlaqədar Baş nazir Mark Karni planlaşdırılmış xarici səfərini müvəqqəti təxirə salır",- məlumatda bildirilib.

Qeyd edilib ki, M.Karni Kanadanın müdafiə sahəsində əməkdaşlığını gücləndirmək və genişləndirmək üçün Müxendə keçiriləcək təhlükəsizlik forumunu ziyarət etməyi planlaşdırırdı.

Tədbir fevralın 11-dən 15-dək keçiriləcək, burada NATO, Avropa İttifaqı və BMT ölkələrinin rəhbərləri iştirak edəcək.

Xatırladaq ki, Kanadanın Britaniya Kolumbiyası əyalətinin Tambler-Ric şəhərindəki orta məktəbdə baş verən atışma nəticəsində 10 nəfər ölüb.