Ukrayna prezidenti Zelenski mayın 24-də Ukraynada prezident seçkiləri və referendumun keçirilməsi planlarını elan edə bilər.
“İki sahil” xəbər verir ki, ABŞ-nin təzyiqi fonunda Ukrayna prezident seçkilərinə və sülh sazişi üzrə referendumun təşkilinə hazırlığa başlayıb. Referendumun Rusiyanın tələb etdiyi ərazilərlə bağlı razılaşmaları əhavət edə biləcəyi bildirilir.
Qəzetin məlumatına görə, hər iki səsvermə 15 mayadək keçirilməlidir. Əks halda, Vaşinqtonun təklif etdiyi təhlükəsizlik zəmanətlərinin itirilməsi riski yarana bilər.
Bununla belə, Ukraynada 4 maya qədər hərbi vəziyyət qüvvədədir və bu rejim şəraitində seçkilərin keçirilməsi mümkün deyil.
ABŞ İrana təzyiqi artırmaq üçün neft tankerlərini ələ keçirməyi nəzərdən keçirir