Dünən axşam saatlarından başlayan intensiv qar Cəlilabad və Biləsuvar rayonlarında gündəlik həyatda bir sıra çətinliklərə səbəb olub.
“İki sahil” xəbər verir ki, Cəlilabad–Yardımlı avtomobil yolunun dağlıq ərazilərində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb, bəzi hissələrdə yol tam bağlanıb. Eyni zamanda, Cəlilabadın ucqar dağ kəndlərində elektrik enerjisinin ötürülməsində problemlər yaranıb.
Biləsuvar rayonunda da güclü qar yağışı nəqliyyatın hərəkətini çətinləşdirib, bir sıra yaşayış məntəqələrində isə elektrik enerjisinin verilməsində fasilələr qeydə alınıb.
Hazırda hər iki rayonda aidiyyəti dövlət qurumları tərəfindən yaranmış fəsadların aradan qaldırılması, yolların açılması və enerji təchizatının bərpası istiqamətində operativ tədbirlər həyata keçirilir.
Bölgədə qarlı hava şəraiti davam edir.
İranın səfiri: Yardım karvanı Azərbaycan hökumətinin və xalqının həmrəyliyini göstərir
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb
Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür