11 fevral 2026 16:15
108

Rusiyada texnikumda baş verən atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb

Rusiyanın Krasnodar diyarında, Anapadakı texnikumların birində baş verən atışma nəticəsində mühafizəçi ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniyamin Kondratyev sosial şəbəkələrdə məlumat yayıb.

"Hazırda bir ölən var. Mühafizəçi zərbəni ilk öz üzərinə götürüb", - o qeyd edib. Onun sözlərinə görə, mühafizəçi operativ reaksiya verib, cinayətkarın binaya girişini bloklayıb və hüquq-mühafizə orqanları əməkdaşlarını çağırmağa macal tapıb.

Məlumata görə, tələbə təhsil müəssisəsinin foyesində naməlum silahdan atəş açıb, o saxlanılıb.

Rusiya DİN-in Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti bildirib ki, üç nəfər yaralanıb. İki nəfər orta ağırlıqlı xəsarət alıb.