Prezident Rəcəb Tayyib Ərdoğan dünən Türkiyə Böyük Millət Məclisində CHP-li deputatların da iştirakı ilə baş verən davaya münasibət bildirib.
“İki sahil” xəbər verir ki, Ərdoğan bu addımı təkəbbürlü davranış adlandırıb.
"Məclisdə yaşananları hamınız görmüsünüz. CHP-nin faşist və təkəbbürlü düşüncə tərzinə bir daha hamılıqla şahid olduq. Yeni nazirlərimizin andiçmə mərasiminə mane olmaq üçün hər cür qanunsuzluğa, o cümlədən millətin kürsüsünü zəbt etməyə qədər uzanan bütün zorakılıq üsullarına əl atdılar. Amma buna nail ola, bu gedişatı dayandıra bilməyəcəksiniz. Bu prosesi dayandırmağa nə əliniz, nə də gücünüz çatmaz".
Cənubi Amerikanın sahillərində ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisi toqquşub