Gürcüstan parlamentinə altı ildən köhnə avtomobillərin ölkəyə idxalının qadağan olunmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib.
“İki sahil” xəbər verir ki, bu barədə "commersant.ge" Baş nazir İrakli Kobaxidzenin bəyanatına istinadla məlumat yayıb.
Baş nazir bildirib ki, bu addım ekologiyanın qorunması, insanların sağlamlığı və vətəndaşların rahat hərəkətinin təmin olunması baxımından vacibdir.
Kobaxidzenin sözlərinə görə, Gürcüstanda avtomobillərin sayı ildən-ilə artır. “Əgər 2012-ci ildə ölkədə 864 min avtomobil qeydiyyatda idisə, 2025-ci ildə bu rəqəm 2 milyonu keçib”, – deyə baş nazir qeyd edib.
O əlavə edib ki, qanun layihəsi yol hərəkəti təhlükəsizliyinə cavabdeh olan Daxili İşlər Nazirliyi tərəfindən hazırlanıb.
Avtomobillər Gürcüstanın idxal strukturunda əsas paya malikdir. 2025-ci ildə ölkəyə ümumi dəyəri 3,87 milyard ABŞ dolları olan 234,2 min minik avtomobili idxal edilib. 2024-cü ildə isə bu göstərici 209 min avtomobil təşkil edib. Avtomobillər əsasən ABŞ və Avropa ölkələrindən gətirilir.
Cənubi Amerikanın sahillərində ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisi toqquşub