12 fevral 2026 22:14
158

ABŞ İrandakı etirazçılara təqribən 6 min "Starlink" terminalı göndərib

ABŞ İrandakı etirazçılara təqribən 6 min "Starlink" peyk-rabitə terminalı göndərib.

“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Bildirilib ki, İrana qanunsuz yolla təqribən 6 min terminal göndərilib. Son bir neçə ay ərzində Dövlət Departamenti təqribən 7 min "Starlink" terminalı satın alıb, onların əksəriyyəti isə yanvar ayına təsadüf edir.

Nəşr yazıb ki, ABŞ Prezidenti Donald Tramp bu addım barədə məlumatlandırılıb, lakin onun buna birbaşa icazə verib-vermədiyi bilinmir.

Yanvar ayında "Bloomberg" agentliyi məlumat yaymışdı ki, sahibkar İlon Maskın "SpaceX" şirkəti İranda "Starlink" şəbəkəsindən istifadə üçün ödənişi ləğv edib.

Xatırladaq ki, dekabrın 29-da İranda milli valyutanın məzənnəsinin kəskin düşməsi və qiymət artımı səbəbindən kütləvi etirazlar başlayıb. Baş verən iğtişaşlar nəticəsində 3 mindən çox insan, o cümlədən hüquq-mühafizə orqanlarının 40-a yaxın əməkdaşı həlak olub.