Bu gün Misli Premyer Liqasında 20-ci tur start götürəcək.
“İki sahil” xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək.
Əvvəlcə son çempion "Qarabağ" "İmişli"nin qonağı olacaq. Görüş saat 14:30-da start götürəcək.
Günün digər oyununda "Zirə" "Karvan-Yevlax"ı qəbul edəcək. Bu matç isə saat 17:00-da başlayacaq.
Misli Premyer Liqası,
20-ci tur
14 fevral
14:30. "İmişli" – "Qarabağ"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Vüqar Həsənli
Quba Olimpiya İdman Kompleksinin stadionu
17:00. "Zirə" – "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Zirə İdman Kompleksinin stadionu
15 fevral
14:30. "Kəpəz" – "Neftçi"
17:00. "Araz-Naxçıvan" – "Sumqayıt"
16 fevral
14:30. "Şamaxı" – "Turan Tovuz"
17:00. "Qəbələ" – "Sabah"