14 fevral 2026 09:41
153

"Araz-Naxçıvan" braziliyalı futzalçını heyətinə qatıb

"Araz-Naxçıvan" heyətini yeni futzalçı ilə gücləndirib.

“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Braziliyalı Elan Delon Pereyra da Silva ilə müqavilə imzalanıb.

24 yaşlı oyunçu karyerası ərzində ölkəsinin "Pumas-SE", "Uniao Bahia-BA" klubları ilə yanaşı, Avstriyanın "Göfis" və Tacikistanın "Soro Kompaniya" komandalarında da çıxış edib.