Avropa ABŞ-a etibarını itirdiyinə görə, Vaşinqton Münhen Təhlükəsizlik Konfransında Avropa ölkələri ilə gərginliyi azaltmağa çalışır.
“İki sahil” xəbər verir ki, bu fikir "The New York Times" qəzetində dərc olunmuş məqalədə ifadə olunub.
Məqalədə qeyd olunur ki, Avropanın ABŞ-ın ortaq dəyərlərə, Avropa təhlükəsizliyinə və hətta ərazi bütövlüyünə sadiqliyinə inamı artıq sarsılıb və Davosdan (Dünya İqtisadi Forumu - red.) sonra bir çox Avropa lideri əvvəlki Transatlantik münasibətlərinə qayıtmaq ümidini itirib.
Nəşrin qiymətləndirməsinə görə, 13 fevralda Münhendə açılan konfransda ABŞ hələ də gərginliyi azaltmaq səyləri göstərir, Amerika rəsmiləri "praqmatik realizm"ə əsaslanır və Avropaya qarşı "təhqiramiz sözlər işlətmirlər".
Lakin Amerika siyasətində real dəyişikliyə dair az dəlil var. Nəşr vurğulayıb ki, avropalılar ABŞ-a şübhə ilə yanaşır və ehtiyatlıdırlar.