Primorye okeanariumundan olan mors Mişa 14 fevral — Sevgililər Günündə “Moskvarium”dakı mors dişisi Loraya romantik təbrik göndərib.
“İki sahil” xəbər verir ki, Akvariumun mətbuat xidmətindən TASS-a verilən məlumata görə, Mişa romantik rəqs edib, üzgəcləri ilə ritm tutub, su fontanı yaradıb və çoxsaylı pərəstişkarlarının sevdiyi hərəkəti — özünəməxsus hava öpüşünü göndərib. Mişa Loraya dadlı sürpriz də hazırlayıb — ürək formasında, Uzaq Şərq üslubunda qırmızı kürü.
Bildirilir ki, Lora məşqçinin əlindən hədiyyəni məmnuniyyətlə qəbul edib və Vladivostokdakı pərəstişkarına cavab öpüşü göndərib. Mişanın məşqçisi Vladimir Maslov deyib ki, o, çıxışları zamanı minlərlə ürəyi fəth edən çox xarizmatik morsdur. Lakin video müraciət çəkilərkən Mişanın bir qədər həyəcanlandığı hiss olunub, hətta kəpənəyi də yerindən düşüb.
Loraya məşqçilik edən Yaroslav Serbaev isə bildirib ki, Lora oynaq və maraqlı xarakterə malikdir, yeni təəssüratları həmişə sevir. Onun çox pərəstişkarı olsa da, Mişanın hədiyyəsi onu xüsusilə sevindirib. Lora ürək formasındakı qutunu və içindəki ləzzəti böyük maraqla araşdırıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”