Sumqayıt şəhərində fəaliyyət göstərən zavodun əməkdaşı nəqliyyat vasitəsində həyatını itirib.
“İki sahil” "Qafqazinfo"ya istinadla məlumat verir ki, hadisə Kimyaçılar qəsəbəsində yerləşən zavodun önündə qeydə alınıb.
Müəssisəyə aid olan "Isuzu" markalı avtobusda Abşeron rayon sakini, 1968-ci il təvəllüdlü Səlim Məmmədov qəflətən dünyasını dəyişib. Mərhumun ölüm səbəbinin ürək çatışmazlığı (infarkt) olduğu qeyd edilir.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Qəhvəyi mərmər bağacığına qarşı Samuray arılarının təbii mühitə buraxılmasına başlanılıb
Sosial Xidmətlər Agentliyi tərəfindən daha 30 ukraynalı uşaq reabilitasiya məqsədilə ölkəmizə gətirilib