ADA Universiteti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşəbbüsü ilə lV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilir.
“İki sahil” xəbər verir ki, forumdan öncə ADA Universitetinin rektoru Hafiz Paşayev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, ölkənin aparıcı ali təhsil müəssisələrinin rektorları aqrar startaplar sərgisi ilə tanış olublar.
Forumda 20-dək ali təhsil müəssisəsinin startap komandalarının hazırladığı layihələr, süni intellekt modulları nümayiş olunur. Rəsmi mərasimin yekununda qalib startapçılara mükafatların təqdim olunması nəzərdə tutulur.
Forum daha sonra öz işini “Aqrar ekosistemin innovativ inkişafının perspektivləri” və “İnnovasiyaların formalaşdırılması və tətbiqində bilik və akademiyanın rolu” mövzusunda panel müzakirələrlə davam etdirəcək.
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib