16 fevral 2026 15:23
137

“Atakişili kənd 2” ərazi partiya təşkilatının hesabat - seçki yığıncağı keçirilib

Yanvarın 16-da Kürdəmir rayon Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbində YAP Kürdəmir rayon təşkilatının “Atakişili kənd 2” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov və partiya üzvləri iştirak edib.

“İki sahil” xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri  Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbinin direktoru, “Atakişili kənd 2” ərazi partiya təşkilatının sədri Sevinc Mövlayeva  ərazi partiya təşkilatının ötən dövr ərzində fəaliyyəti barədə geniş məlumat verdi. Daha sonra  bildirib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında formalaşaraq, bu gün Prezident, Yeni Azərbaycan Partiyası Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişaf strategiyasının əsas siyasi dayağıdır.Yeni Azərbaycan Partiyası gənclərin təhsilə cəlb olunmasını, onların ictimai-siyasi fəallığının artırılmasını və sağlam düşüncəli vətəndaş kimi formalaşmasını daim diqqət mərkəzində saxlayır. Təhsil müəssisələri ilə qurulan sıx əməkdaşlıq da məhz bu məqsədlərə xidmət edir. Bu gün müəllimlərimizin fədakar əməyi və dövlətimizin yaratdığı imkanlar sayəsində gənclərimiz daha keyfiyyətli təhsil alır, müasir biliklərə yiyələnir və ölkəmizin inkişafında fəal iştirak edirlər.    

Yığıncaqda çıxış edən ərazi partiya təşkilatının üzvləri Lətafət Həsənova, Tamara Rəhimova, Nəbati Cəbrayılova bildirblər ki, “Atakişili kənd 2” ərazi partiya təşkilatı  partiyanın tapşırıqlarının icrasında  intizamının, məsuliyyətin  gücləndirilməsinə, eyni zamanda, qəbul olunan dövlət proqramlarının yerlərdə effektiv icrasını nəzarətdə saxlayır.

Tədbirdə iştirak edən YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov müstəqil Azərbaycan dövlətinin qurucusu  Ulu Öndər Heydər Əliyevin müdrik siyasi irsindən, Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin məqsədyönlü siyasətindən, Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən, vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışdı. Yığıncaqda ərazi partiya təşkilatının işi yüksək qiymətləndirilib.

Çıxışlardan sonra səsvermə nəticəsində ərazi partiya təşkilatının sədri Sevinc Mövlayeva, sədr müavini isə Yadigar Osmanlı seçildi. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər və bu etimadı layiqincə doğruldacaqlarını, bundan sonra da Vətənə, xalqa sədaqətlə xidmət edəcəkələrini bəyan ediblər.