Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) üzvü olan “FAME PRO” MMC fəaliyyətini genişləndirərək yeni ofisini istifadəyə verib. Artıq yeni ünvanda qiymətləndirmə, məhkəmə ekspertizası, əmlak brokerliyi və daşınmaz əmlakla bağlı hüquqi konsalting xidmətləri təklif olunur.
“İki sahil” xəbər verir ki, şirkətin rəhbəri, AQC-nin İdarə Heyətinin sədrinin birinci müavini Fərid Rüstəmov açıqlamasında bildirib ki, yeni ofis müştərilərin xidmətə əlçatanlığını artırmaq və xidmət keyfiyyətini yüksəltmək məqsədini daşıyır. O əlavə edib ki, genişləndirmə çərçivəsində peşəkar kadr potensialı artırılır və bazarda şirkətin mövqeyi möhkəmləndirilir.
"Bu yenilik daha çevik, şəffaf və keyfiyyətli xidmət göstərmək üçün nəzərdə tutulub. Şirkət həmçinin qiymətləndirmə standartlarına uyğun fəaliyyətini davam etdirir və sektorda etibarlı tərəfdaş kimi tanınmağı prioritet sayır".
Qeyd edək ki, “FAME PRO” MMC 2014-cü ildə təsis edilib və uzun illərdir qiymətləndirmə, məhkəmə ekspertizası və daşınmaz əmlak sahəsində xidmət göstərir.
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib