Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə məlumat verib.
A.Paşazadə xatırladıb ki, hazırda QMİ-nin İstanbulda, Tiflisdə, Batumidə, Dərbənddə nümayəndəlikləri və qazılıqları fəaliyyət göstərir:
"Əhatə coğrafiyamızı genişləndirmək istiqamətində işlər davam edir. Hazırda Vatikanda nümayəndəliyimizin yaradılması istiqamətində danışıqlar aparırıq".
“Atakişili kənd 2” ərazi partiya təşkilatının hesabat - seçki yığıncağı keçirilib