Məlum olduğu kimi, bu gün Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olunub və onun səlahiyyətləri müavini Anar İsrafilova həvalə edilib.
“İki sahil” yeni sədr əvəzinin dosyesini təqdim edir:
Anar İsrafilov Azərbaycan Tibb Universitetində “Pediatriya” ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb.
Daha sonra Azərbaycan Tibb Universitetində “Nefrologiya” ixtisası üzrə doktorantura pilləsi üzrə təhsilini davam etdirib.
A.İsrafilov bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi işləyib.
2006-2022-ci illər ərzində Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Səhiyyə nazirinin köməkçisi, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
O, 2022-ci ildən TƏBİB-in icraçı direktorunun müavini vəzifəsində çalışır.
“Atakişili kənd 2” ərazi partiya təşkilatının hesabat - seçki yığıncağı keçirilib