İranın xarici işlər naziri Abbas Əraqçi Cenevrədə omanlı həmkarı Badr əl-Busaidi ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) "X"dəki hesabında məlumat yayılıb.
Görüş zamanı İranın nüvə məsələləri və sanksiyaların aradan qaldırılması ilə bağlı mövqeyi açıqlanıb. Əraqçi diplomatik prosesin irəliləməsinə kömək etdiyi üçün omanlı həmkarına təşəkkür edib.
Badr əl-Busaidi İranın regional sülh və sabitliyin qorunmasında rolunu qabardıb. O, İranın diplomatik yolda davamlılığını alqışlayıb və danışıqların hazırkı mərhələsinin uğurla başa çatacağına inandığını bildirib.
#Iran, #Oman FMs Meet in Geneva Amid Ongoing Indirect Nuclear Talks
— Foreign Ministry, Islamic Republic of Iran (@IRIMFA_EN) February 16, 2026
Seyed Abbas Araghchi, Foreign Minister of the Islamic Republic of Iran, who is in Geneva for indirect Iran–U.S. nuclear negotiations and discussions on sanctions removal, met Monday afternoon with Sayyid Badr… pic.twitter.com/82dPdrJERC