Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının, Küveyt Dövlətinin və Bəhreyn Krallığının vətəndaşları Azərbaycan Respublikasının ərazisinə bir il ərzində üç dəfə vizasız daxil ola biləcəklər. Bu il fevralın 15-dən tətbiq olunmağa başlanan yeni qayda 2027-ci il fevralın 15-dək qüvvədə qalacaq. Hər bir gəliş zamanı ölkədə qalma müddəti 30 günə qədərdir. Adı çəkilən dövlətlərin vətəndaşları il ərzində dördüncü gəlişlərində keçərli viza təqdim etməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat sözügedən dövlətlərin XİN-lərinin rəsmi internet saytlarında yerləşdirilib.
İranın səfiri: Yardım karvanı Azərbaycan hökumətinin və xalqının həmrəyliyini göstərir
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb
Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür