Dövlət Proqramı təqaüdçülərimiz Kembric Universiteti Azərbaycan Cəmiyyətinin əsasını qoyublar.
“İki sahil” xəbər verir ki, Elm və Təhsil Nazirliyindən bildirilib ki, Kembric Universiteti Azərbaycan Cəmiyyəti (CUAS) artıq rəsmi fəaliyyətə başlayıb və bu mühüm təşəbbüsün arxasında Dövlət Proqramı təqaüdçülərinin əməyi dayanır.
Dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Kembric Universiteti daxilində azərbaycanlı tələbələri bir araya gətirən bu platforma ölkəmizin mədəniyyətini, tarixini və milli maraqlarını beynəlxalq mühitdə layiqincə təmsil etməyi hədəfləyir.
Prezidenti universitetin doktorantura tələbəsi Turan Abbaszadə, vitse-prezidenti isə magistrant Samin Hüseynov olan cəmiyyətdə təqaüdçülərimiz geniş şəkildə təmsil olunurlar. Onların sırasında Ülkər Fərzəliyeva, Cavid Seyfulalı, Zöhrə Əhmədova, Murad Alməmmədov və Camal İsmayılov da yer alır.