17 fevral 2026 17:05
78

"Pakistan ASAN xidmət" mərkəzinə bu günədək 15 000-dən çox müraciət daxil olub

"Pakistan ASAN xidmət" mərkəzinə bu günədək 15 000-dən çox müraciət daxil olub

“İki sahil” xəbər verir ki, 14 yanvar 2026-cı il tarixində Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib. Mərkəzdə ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmət həyata keçirilir. Burada  “ASAN xidmət” standartları, ASAN könüllülük proqramı və ASAN-ın innovativ həlləri tətbiq edilir.