17 fevral 2026 17:14
92

“Azərpoçt” MMC və ARCEP arasında görüş baş tutub

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC və Çad Respublikasının Elektron Kommunikasiya və Poçt üzrə Tənzimləyici Qurumu (ARCEP) arasında görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev, Çad Respublikasının rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri Boukar Mişel, eləcə də digər səlahiyyətli şəxslər iştirak ediblər.

Görüş çərçivəsində qurumda həyata keçirilən rəqəmsal transformasiya, innovativ texnologiyaların tətbiqi, həmçinin elektron kommersiya sahəsində istifadə olunan müasir həllər müzakirə olunub. Eyni zamanda təqdim edilən layihələr və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.