18 fevral 2026 11:50
103

Gürcüstanın keçmiş Baş prokuroruna qarşı daha bir ittiham irəli sürülüb

Gürcüstanda "çağrı mərkəz"ləri işi üzrə 10 nəfərə qarşı ittiham irəli sürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğundan bildirilib.

Həmin şəxslər mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunurlar. Onlardan biri Gürcüstanın keçmiş Baş prokuroru Otar Partsxaladzedir.

İş üzrə ittiham olunan daha bir şəxs tanınmış jurnalist, "Xronika plyus" nəşrinin təsisçisi Eliso Kiladzedir. O, bu gün səhər saatlarında Tbilisidə saxlanılıb.

Qeyd edək ki, ötən ilin dekabrında Otar Partsxaladze iş adamı Levan Canqveladzenin qəsdən qətlə yetirilməsinin təşkilində ittiham olunub. Rusiya vətəndaşı olan sabiq baş prokurorla bağlı beynəlxalq axtarışın elan olunacağı bildirilib.

Xatırladaq ki, Otar Partsxaladze Gürcüstanın Baş prokuroru vəzifəsini 2013-cü ildə tutub. O, həmin ilin noyabrın 7-də bu vəzifəyə təyin olunub, dekabrın 30-da istefa verib.