18 fevral 2026 15:19
105

İsrail səfirliyi Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib

İsrail səfirliyi Azərbaycan xalqını Ramazan ayının başlaması münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, müvafiq paylaşım səfirliyin "X" hesabında dərc edilib.

"Ramazan ayının gəlişi münasibətilə İsrail səfirliyi Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir və bu mübarək ayın hər bir azərbaycanlıya bolluq, bərəkət, əmin-amanlıq və hüzur gətirməsini arzulayır", - paylaşımda bildirilir.