“Mozilla” şirkəti “Windows 7” əməliyyat sistemində “Firefox” brauzerinin dəstəyinin tezliklə dayandırılacağını elan edib.
“İki sahil” xəbər verir ki, bu qərar “Microsoft”un 2020-ci ilin yanvar ayında Windows 7 üçün rəsmi dəstəyi dayandırması ilə əlaqədardır və artıq Mozilla bu platformada “Firefox”üçün təhlükəsizlik yeniləmələri və səhv düzəlişləri buraxmayacaq.
Ətraflı
“Windows 7” istifadə etməyə davam edən istifadəçilər təhlükəsizlik və uyğunluq problemləri ilə üzləşə bilərlər. “Mozilla” brauzerin təhlükəsiz və stabil işləməsini təmin etmək üçün istifadəçilərə “Windows 10” və ya “Windows 11” kimi daha yeni əməliyyat sistemi versiyasına keçməyi tövsiyə edir.
Xatırladaq ki, “Firefox 115” 2023-cü ilin iyul ayında buraxılıb. Rəsmi olaraq bu, Windows 7, Windows 8 və Windows 8.1 sistemlərini dəstəkləyən son Firefox buraxılışı olub.
ABŞ dövlət katibi Raul Kastronun nəvəsi ilə gizli şəkildə danışıqlar aparır - İDDİA