18 fevral 2026 21:58
126

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura yekun vurulub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura iki oyunla yekun vurulub.

“İki sahil” xəbər verir ki, "Azərreyl" kollektivi ilə qarşılaşan "Ordu" 3:2 (22:25, 26:28, 25:20, 25:21, 15:11) hesablı qələbə qazanıb.

"Xilasedici" isə "Neftçi"ni 3:0 (25:23, 25:18, 25:21) hesabı ilə üstələyib.

Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub.