UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olan "Nyukasl" yenidən üstünlüyünü 5 topa çatdırıb.
“İki sahil” yazır ki, 72-ci dəqiqədə Y.Mörfi topu tora göndərib.
***
UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyununda "Nyukasl"ı qəbul edən "Qarabağ" buraxılan qollardan birinin əvəzini çıxıb.
“İki sahil” yazır ki, 54-cü dəqiqədə Elvin Cəfərquliyev qol vurub.
***
UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyununda "Qarabağ" ilə qarşılaşan "Nyukasl" növbəti dəfə fərqlənib. .
“İki sahil” yazır ki, 45+1-ci dəqiqədə A. Qordon növbəti dəfə penaltini dəqiq yerinə yetirərək “poker”ini rəsmiləşdirib.
***
UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyununda "Qarabağ" ilə qarşılaşan "Nyukasl" dördüncü qolu vurub.
“İki sahil” yazır ki, 33-cü dəqiqədə A. Qordon het-trik rəsmiləşdirib.
***
UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyununda "Qarabağ" ilə qarşılaşan "Nyukasl" üstünlüyünü üç topa yüksəldib.
“İki sahil” yazır ki, 32-ci dəqiqədə A. Qordon penaltini dəqiq yerinə yetirərək özünün ikinci, komandasının üçüncü qolunu vurub.
***
UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyununda "Qarabağ" ilə qarşılaşan "Nyukasl" ikinci qolu vurub.
“İki sahil” yazır ki, 8-ci dəqiqədə M. Tiav topu qapıdan keçirib.
***
UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyununda "Qarabağ" ilə qarşılaşan "Nyukasl" hesabı açıb.
“İki sahil” yazır ki, 3-cü dəqiqədə A. Qordon fərqlənib.
***
UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunları davam edir.
“İki sahil” xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" qitənin ən nüfozlu klub turnirində növbəti sınağına bu gün çıxacaq.
Təmsilçimiz "Nyukasl" komandasını qəbul edəcək. Beləliklə, Qurban Qurbanovun komandası ölkə tarixində ilk dəfə keçirəcəyi pley-off oyununda bu mövsüm "Çelsi" və "Liverpul"dan sonra üçüncü dəfə İngiltərə klubu ilə qarşı-qarşıya gələcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanı Norveçdən olan ədalət təmsilçiləri idarə edəcəklər.
Qeyd edək ki, tərəflər arasında cavab oyunu fevralın 24-dən 25-nə keçən gecə baş tutacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun
18 fevral
21:45. "Qarabağ" 1–5 "Nyukasl" (İngiltərə)
Qollar: A. Qordon, 3 (0-1), M. Tiav, 8 (0-2), A. Qordon, 32-pen. (0-3); A. Qordon, 33 (0-4), A. Qordon 45+1-pen. (0-5), Elvin Cəfərquliyev, 54 (1-5), Y.Mörfi, 72 (1-6)
Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias, Siqurd Krinqstad (hamısı Norveç)
VAR: Rob Diperink, Dennis Hiqler (Niderland). Hakim-inspektor: Matteo Simone Trefoloni (İtaliya).
UEFA nümayəndəsi: İqnas Marçinkeviçyus (Litva).
Tofiq Bəhramov adına Respublika Stadionu.