23 fevral 2026 09:12
144

Litva Prezidenti əməliyyat olunub

Litva Prezidenti Gitanas Nauseda xəsarət aldığı üçün əməliyyat olunub.

“İki sahil” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti açıqlama yayıb.

Nauseda evdə olarkən məişət xəsarəti alıb. Bildirilib ki, onun sol biləyi zədələnib.

"Prezidentə hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra xəstəxanaya aparılıb", – deyə məlumatda qeyd olunub. Həkimlər əməliyyat aparıblar, lakin onun xarakteri açıqlanmayıb.

"Prezident gecəni xəstəxanada keçirəcək", – mətbuat xidməti əlavə edib.