23 fevral 2026 14:57
188

Siyavuş Novruzov Kəngərli və Şərur rayonlarında növbəti vətəndaş qəbulları keçirib

21 fevral 2026-cı il tarixində 2 saylı Şərur-Kəngərli Seçki Dairəsinin deputatı Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının inzibati binasında və Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulları keçirib.

“İki sahil” xəbər verir ki, qəbullarda Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva və Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri Əmir Babayev iştirak etmişlər.

Qeyd edək ki, qəbullarda müraciət edənlər müharibə veteranları, rayonun ağsaqqalları, rayon və kənd sakinləri olmuşlar.

Qəbullarda vətəndaşların müraciətləri əsasən qəbul, yerli özünüidarəetmə və bələdiyyələr, sosial müdafiə məsələləri, işlə təmin olunma, maliyyə, kənd təsərrüfatı, torpaq və sair məişət məsələləri haqqında olmuşdur.

Müraciətlərin bir çoxunun icrası operativ qaydada təmin edilmiş, bir qismi baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, qanunvericiliyin tələblərinə uyğun olmayan müraciətlərlə bağlı isə izahat verilmişdir.