24 fevral 2026 11:36
107

“Qarabağ” İngiltərədə cavab oyununa çıxır

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, Azərbaycan çempionu İngiltərədə "Nyukasl" klubunun qonağı olacaq. "Sent Ceyms Park" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Qeyd edək ki, Bakıda keçirilmiş ilk oyunda "Nyukasl" 6:1 hesablı qələbə qazanıb.