Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, ölkəyə Avropa İttifaqı tərəfindən 90 milyard avro kredit verilməsi barədə qərar Macarıstanın etirazlarına baxmayaraq qəbul edilib.
“İki sahil” xəbər verir ki, Zelenski bunu Kiyevdə keçirilən mətbuat konfransında deyib.
"Bizdə 90 milyard (avro - red.) barədə qərar var. Bu, ilk növbədə müttəfiqlər üçün çətin idi. Kimin əngəl olduğunu bilirik, lakin qərar 27 ölkə tərəfindən qəbul edilib və onu dəyişmək olmaz", - Ukrayna lideri qeyd edib.
Zelenskinin sözlərinə görə, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bu qərarın həyata keçirilməsi üçün lazımi alətləri tapacağına əmin edib və bu məbləğin ilk hissəsi yazda Ukraynaya veriləcək.